Tehran Moskvadan cavab gözləyirbackend

Tehran Moskvadan cavab gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə İran arasında viza rejimi ləğv oluna bilər

Editor.az bildirir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib. Səfirin sözlərinə görə, hazırdaTehran Moskvanın qərarını gözləyir.O qeyd edib ki, Rusiya ilə İran arasında vizasız rejim perspektivi var. Tehran vizaları ləğv etməyə hazırdır və ölkə daxilində bu istiqamətdə işlərə başlayıb.

Hazırda Moskvadan cavab gözlənilir. İslam İnqilabının 44-cü ildönümü münasibəti ilə “Rusia Today” media qrupunda mətbuat konfransında sualları cavablandıran Cəlali, müsbət qərar olarsa, Rusiya ilə İran arasında vizaların ən qısa zamanda ləğv ediləcəyini paylaşıb. İran iki ölkə arasında vizasız rejim tətbiq etməyə tam hazır olduğunu bildirir. Cəlali vurğulayıb ki, Rusiya tərəfinin müsbət qərarı bu il vizaların ləğvini mümkün edəcək.

Qeyd edək ki, Rusiya və İran birlikdə Qərbin sanksiyalarını neytrallaşdırmağın yollarını axtarırlar.

  //Samir Qurbanov,Editor.az