Tehran nədən qıcıqlanır?- “Qarabağın azad olunmasıyla İran qara ticarət obyekti kimi istifadə etdiyi məkanı itirdi”- ŞƏRHbackend

Tehran nədən qıcıqlanır?- “Qarabağın azad olunmasıyla İran qara ticarət obyekti kimi istifadə etdiyi məkanı itirdi”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan regionda nüfuzunu daha da gücləndirib. Günü-gündən beynəlxalq aləmdə də mövqeyi güclənir. Hazırda bir çox dövlətlərlə bir sıra vacib və strateji sənədlər imzalanır. Avropa da Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır. Təbii ki, Azərbaycan dövlətinin artan nüfuz və gücündən narahat olan təşvişə düşən dövlətlər var və  olacaqda. Biz hazırda nəinki qonşularımızla bütün ölkələrlə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığa əsaslanan münasibətlər qurmuşuq. Əgər hər hansı bir dövlət xoş niyyətimizi qəbul etməyib, Azərbaycanın güclənməsindən narahat olub bunu da düşməncəsinə ifadə edirsə, bu, həmin dövlətin riyakarlığıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki,  Qarabağın azad olunmasıyla İran qara ticarət obyekti kimi istifadə etdiyi məkanı itirdi:

“Rəsmi Tehran üçün vacib olan Ermənistanla yaxşı qonşuluq münasibəti deyil, bu münasibətdəki faydalılıqdır. Ermənistanın xarici ticarətdəki əsas iki tərəfdaşlarından biri məhz İrandır. Bu gün həm iqtisadi mənada həm də siyasi mənada dövlətimizin güclənməsini bu dövlət özünə təhlükə hesab edir. Ona görə ki, yarım milyona yaxın əslən Azərbaycan vətəndaşları İran hakimiyyətindən narazı haldadır. Qarabağ azad olunanda Cənubi Azərbaycandakıların sevincini görməmək mümkün deyildi. Sanki ümid yaranmışdı, yenidən öz doğma millətinə dövlətinə qovuşmaq ümidi. Görünən odur ki, İran hakimiyyəti Cənubdakıların bu həsrətini yaxşı bilir və hiss edir, özü üçün təhlükə yaranma ehtimalının qarşılığında isə çıxış yolunu Ermənistanı dəstəkləyib, gücləndirməkdə görür. Lakin bütün hallarda Ermənistan hakimiyyəti bu məkirli niyyəti anlayıb, başqa bir dövlətin əlində oyuncaq olmaqdan imtina etməli və müstəqil xarici siyasət yeritməlidir”.

//Gülnarə Abasova, Editor.az