Tehranda Azərbaycan səfirliyi açılır?-AÇIQLAMAbackend

Tehranda Azərbaycan səfirliyi açılır?- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm dövlət başçısı, həm də digər strukturlar tərəfindən birmənalı şəkildə qeyd edilib ki, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş tutmuş terror aktının iştirakçıları və sifariş verənlərin aşkara çıxması halında Tehranda yenidən səfirliyimizin fəaliyyəti mümkündür”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağına ümid etdiyi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan qonşu İran dövləti ilə heç bir düşmənçilik siyasəti aparmır:

“İran dəfələrlə rəsmi Bakıya və apardığı haqq müharibəsinə qarşı ermənilərin xeyrinə olan bəyanatlar verib. Ən pik nöqtə isə səfirliyimizə qarşı baş tutan terror aktıdır ki, hələ də məsələ ilə bağlı dəqiq informasiya verilmir. Bununla bağlı cinayət işi qaldırılıb və araşdırılma aparılır. Bir müddət əvvəl rəsmi Tehran da bəyanat vermişdi ki, həmin terror hadisəsini həyata keçirən şəxslər öz cəzasına çatacaq. Yəni əsas məqam ondan ibarətdir ki, Tehranda Azərbaycan səfirliyinin açılması terror aktının nəticəsi ilə bağlıdır. Ona görə də bu məsələdə İran üzərinə götürdüyü məsuliyyəti dərk etməli və ciddi addımlar atmalıdır”.

//Safura Bənnayeva, Editor.az