İranın paytaxtı Tehranda insanların üzərinə kimyəvi turşu atılıb.
nəticədə 16 nəfər xəsarət alıb. Hadisəni törədən şəxsin tutulduğu, hücumun terror aktı olmadığı bildirilir.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, iyunun 7-də İran Milli Məclisində və İmam Xomeyni türbəsində törədilən terror hücumları nəticəsində 13 nəfər ölüb, 40-dan artıq şəxs yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.
//APA
