Tehranda öldürülən SEPAH zabitinin kimliyi barədə yeni məlumat yayıldı – FOTObackend

Tehranda öldürülən SEPAH zabitinin kimliyi barədə yeni məlumat yayıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 22-də Tehranın Mohsenian küçəsində güllələnərək öldürülən İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti, nüvə sənayesi üzrə mütəxəssisin şəxsiyyəti məlum olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumatda Tehranın 3-cü bölgəsində öldürülən şəxsin soyadının Dinəhmədi olduğu bildirilir.

Qeyd edək ki, Fransanın “i24” saytı yerli mənbələrə istinadən iyunun 22-də İranın Müdafiə Nazirliyinə bağlı bir alim və onun həmkarının Tehranda silahlı şəxslər tərəfindən qətlə yetirildiyi barədə xəbər yaymışdı.