Tehranda rəqs edən iranlı cütlük 10 il həbs cəzasına məhkum edilibbackend

Tehranda rəqs edən iranlı cütlük 10 il həbs cəzasına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 yaşlarında olan Astiyazh Haqihi və onun nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəllərində Azadi Qülləsinin qarşısında romantik rəqs edərkən çəkilən videonun internetdə yayılmasından sonra həbs edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Haqihi İran qaydalarına zidd olaraq hicab taxmayıb. Qadınların kişi ilə ictimai yerlərdə rəqs etməsi isə qadağandır.

ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) Tehrandakı inqilab məhkəməsinin müttəhimlərə 10 il 6 ay həbs cəzası verdiyini, internetdən istifadə və İranı tərk etməyə qadağa qoyduğunu qeyd edib. Tehranda artıq məşhur olan cütlük “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq”da təqsirli bilinib.

//Safura Bənnayeva, Editor.az