İran ordusu Dəməşqdəki prezident sarayı da daxil olmaqla, Suriyadakı bir neçə mühüm hədəfə zərbə endirə bilər.
Globalinfo.az xəbər veirr ki, bu barədə SEPAH-a bağlı “Fars” xəbər agentliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, Tehran bu yerlərin İsrail, Amerika və Britaniya məsləhətçiləri üçün toplanma məntəqələri kimi xidmət etdiyini iddia edərək, “Four Seasons” və “Sheraton” otellərini potensial hədəflər kimi nəzərdən keçirir.
Tehran artıq otel sahiblərinə xarici hərbi qulluqçuların yerləşdiyi hər hansı müəssisənin hücum üçün qanuni hədəf hesab ediləcəyi barədə xəbərdarlıq edib.
Digər potensial İran hədəflərinə mənbələrə görə, ABŞ-ın logistika bazası kimi xidmət edən Livandakı köhnə Beyrut Hava Limanı da daxildir.

