Tehranın terrorizmi maliyyələşdirmə qərarına görə bədəl ödəməyi mən tapşırdım – İsrailin keçmiş hökumət başçısı Naftali Bennetbackend

Tehranın terrorizmi maliyyələşdirmə qərarına görə bədəl ödəməyi mən tapşırdım – İsrailin keçmiş hökumət başçısı Naftali Bennet

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ötən ilin fevralında İran ərazisinə hücum edib.

Editor.az bildirir ki, bunu İsrailin keçmiş hökumət başçısı Naftali Bennet deyib. “Baş nazir kimi mən təhlükəsizlik qüvvələrinə Tehranın terrorizmi maliyyələşdirmə qərarına görə hesab verməyi tapşırdım.
Tehran 2022-ci ilin fevralında İsrailə iki uğursuz pilotsuz təyyarə zərbəsi endirdikdən sonra biz İran torpağındakı pilotsuz təyyarə bazasını məhv etdik” – Bennett qeyd edib.

O, daha sonra eyham vurub ki, 2022-ci ilin mayında yüksək rütbəli bir İran məmurunun vəzifədən uzaqlaşdırılması da onun göstərişi ilə olub. “2022-ci ilin martında iranlı terror qruplaşması Türkiyədə israilli turistləri öldürməyə cəhd etdi və buna nail ola bilmədi. Bundan az sonra bölmə komandiri Tehranın mərkəzində öldürüldü”, – Naftali Bennett vurğulayıb.

//Samir Qurbanov, Editor.az