Tehranla Təl-Əviv arasında “atışma” güclənir: hələlik söz müstəvisindəbackend

Tehranla Təl-Əviv arasında “atışma” güclənir: hələlik söz müstəvisində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran İsraili HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvinə “sərt cavab”la hədələməkdə davam edir. Bazar ertəsi İran hərbi dairələrinin yüksək rütbəli nümayəndəsi bildirib ki, yəhudi dövlətinin hakimiyyətinin hərəkətləri cəzasız qalmayacaq.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi bəyan edib ki, ölkə ordusu hadisələrin istənilən inkişafına hazırdır: “Bütün bölmələr tam döyüş hazırlığı vəziyyətindədir. İsrail Müdafiə Qüvvələri bütün sərhədlərdə terrorla mübarizədə fəallığını davam etdirir”, – İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi deyib.

Qeyd edək ki, Qərb ölkələri fəal şəkildə İsrail və HƏMAS-ı hərbi əməliyyatları dayandırmağa çağırır. Avqustun 12-də Böyük Britaniya, Almaniya və Fransa liderləri bu barədə açıqlama veriblər.

//Samir Qurbanov, Editor.az