Təhsil eksperti: “Hər il 10 minə yaxın tələbə diplom ala bilmir”backend

Təhsil eksperti: “Hər il 10 minə yaxın tələbə diplom ala bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər il təxminən 10 minə yaxın tələbə ali təhsil müəssisələrindən məzun ola bilmir”.

Bunu “Xəzər Xəbər”ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, xüsusən də I və II ixtisas qrupu üzrə məzun ola bilməyən qızların sayı oğlanlara nisbətən daha çoxdur.

Ekspert qeyd edib ki, akademik borclarını bağlaya bilməyən tələbələrin əksəriyyəti ali məktəbə aşağı balla qəbul olanlardır:

“Həmçinin akademik borcu olanlar arasında oxuduğu ixtisasa marağı olmayanlar və fərqli dillərdə təhsil alanlar da var. Aşağı balla ali təhsil müəssisəsinə qəbulu məqsədəuyğun deyil”.