Təhsil ekspertindən şok açıqlama: “Attestat qiymətləri şişirdilir“backend

Təhsil ekspertindən şok açıqlama: “Attestat qiymətləri şişirdilir“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci ildə attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə edəndə görürük ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 94.13 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif -0-200 bal intervalında olub”.

Editor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Mütəxəssis bildirib ki, məktəbi “5” qiymətlə bitirən məzunların isə yalnız 32.06 faizi attestat qiymətlərini doğrulda bilib:

“Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir”.