Təhsil kreditindən kim daha çox qazanacaq: Tələbələr, yoxsa banklar?backend

Təhsil kreditindən kim daha çox qazanacaq: Tələbələr, yoxsa banklar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Təhsil Nazirliyi təhsil tələbə krediti sisteminin istifadəyə verilməsini açıqlayıb. Kreditin verilmə şərtləri indidən mübahisələr doğurub.

“Faktiki olaraq ölkədə 126 min nəfərdən çox tələbə olsa, cəmi 56 min nəfərə kreditlərin verilməsi nəzərdə tutulur. Təxminən 70 min nəfər bu qərardan kənarda qalır”.

Bunu Yenisabah.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib.

O əlavə edib:

“Xüsusilə, qiyabi təhsil alan gənclər üçün bu qərar ədalətli deyil. Çünki onlar arasında da işləməyənlər çoxluq təşkil edir. Həmçinin, digər doğru olmayan yanaşma kreditin yalnız ölkədə təhsil alan tələbələrə şamil olunmasıdır. Yəni xaricdə təhsil alan gənclər bu qərardan yararlana bilməyəcəklər”

Elçin Əfəndinin sözlərinə görə, ödənişli əsaslarla təhsil alan və akademik göstəriciləri yaxşı, akademik borcu olmayan tələbələr kreditdən daha çox yararlana biləcəklər”.

Ekspertin fikrincə, bu da istənilən halda təhsildə rəqabət yaradacaq. Tələbələr arasında rəqabət olacaq və yekun nəticədə qazanan təhsil və banklar olacaq. Amma yenə də maddi imkanları zəif olan tələbələr üçün təhsil əliçatanlığı təmin olunacaq”.

“Təbii ki, tələbələr kredit üçün müraciət etdikləri zaman bunu nağd şəkildə əldə edə bilməyəcəklər. Tələbə bu kreditdən yararlanmaq üçün Təhsil Nazirliyinin tabeçiliyində olan Tələbə Təhsil Kredit Fondunun saytına daxil olmalı və orada müvafiq olaraq qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra notarial qaydada ərizə ilə müraciət etməlidir. Proseslərin icrasından sonra ona kreditin verilib-verilməməsi ilə bağlı bildiriş gəlir. Tələbə bu kreditə hər smestrdə müraciət edə bilər, məsələn, 1-ci kurs tələbəsidirsə, 4 il ərzində bu kreditdən yararlana bilər.

Universiteti bitirdikdən sonra ona 2 il müddətində “Güzəştli dövr” tətbiq olunur. Həmin dövrdə kredit faizi ödənişi tələb olunmur.

“Güzəşt dövrün”də ola bilər ki, tələbə 2 il ərzində iş tapa bilməsin, o zaman təbii ki, bu nəzərə alınacaq. Ancaq 2 ildən sonra artıq tələbə krediti verə bilmirsə, əlbəttə, artıq məsələ hüquqi çərçivədə, qanunvericiliyə əsasən, məhkəmə yolu ilə həll olunacaq.

Tələbə krediti verə bilirsə, 2 ildən sonra onun faizləri hesablanmağa başlanır, ancaq təhsil aldığı dövrdən, eyni zamanda, “Güzəşt dövrün”də ona verilən kreditin faizləri hesablanmır.

Düşünürəm, bu bir qədər humanist bir addımdır. Amma ümumən yenə də nəzərə almalıyıq ki, 2 il ərzində tələbə iş tapa bilməsə belə, güzəştlərin olunması məqsədə uyğun olardı”.

 

Təhsil  kreditindən kim daha çox qazanacaq: Tələbələr, yoxsa banklar?
Loading...