Təhsil naziri: “Müəllim-valideyn münasibətləri tənzimlənməlidir”backend

Təhsil naziri: “Müəllim-valideyn münasibətləri tənzimlənməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 14-də respublika üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Editor.az -ın məlumatına əsasən bildirilib ki, konfrans Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev, Nazirliyin şöbə müdirləri, nazirlik yanında İctimai Şuranın üzvləri, məktəb direktorları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Microsoft Teams” platforması üzərindən virtual təşkil edilib.

Təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı məlumat verərək bildirib ki, məktəblərdə sağlam sosial-psixoloji mühitin yaradılması əsas şərtlərdən biridir. Pandemiya dövründə şagird-şagird, şagird-müəllim, müəllim-valideyn arasında münasibətlər tənzimlənməlidir.
Müəllimlərin işə qəbulu imtahanlarından danışan E.Əmrullayev son dönəmdə müəllimliyə marağın daha da artdığını və bu il imtahan verən namizədlər arasında yüksək bal toplayanların əvvəlki illərlə müqayisədə daha çox olduğunu qeyd edib.

Çıxışında “STEAM” və “Rəqəmsal bacarıqlar” layihələrinə də toxunan nazir deyib ki, sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pandemiya dövründə tədrisin təşkili ilə bağlı çıxış edərək teledərslərdən də söz açıb. V.Yaqublunun sözlərinə görə, dərs cədvəli pandemiya dövrü olduğu üçün fərqli formada hazırlanmalıdır, hansısa fənn onlayn şəkildə, hansısa fənn isə əyani şəkildə keçirilməlidir. V.Yaqublu Təhsil İnstitutu tərəfindən şagirdlərin ötən tədris ilinin ikinci yarımilində əldə etdikləri biliklərin diaqnostik qiymətləndirilməsi ilə bağlı sualların hazırlanaraq yerlərə göndərildiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, övladlarının təhsilini əyani deyil, onlayn formada davam etdirilməsini istəyən valideynlər üçün iltizam formaları hazırlanıb və yerlərə göndərilib.

Daha sonra çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev sanitar-gigiyenik normalar haqqında ətraflı məlumat verib. O, bildirib ki, məktəblərdə sosial məsafə gözlənilməli, hər bir müəllim məktəbə tibbi maska ilə gəlməli, hərarət normal olduqdan sonra siniflərə daxil olmalıdır.

Konfrans müzakirələrlə davam etdirilib.

No description available.