Təhsil Nazirliyi tərəfindən belə bir əmrin verilməsi təqdirəlayiq addımdır-Təhsil ekspertibackend

Təhsil Nazirliyi tərəfindən belə bir əmrin verilməsi təqdirəlayiq addımdır- Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 20-dən çox rayonun bütün ümumi təhsil müəssisələrində şagirdlərə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq. Bildiyimiz kimi, bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib.

Verilmiş qərarı Editor.az-a dəyərləndirən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ermənilər tərəfindən minaların basdırıldığı cəbhəyanı rayonlarda şagirdlərin təhlükəsizliyi nəzərə alınaraq minalarla bağlı dərslər tədris olunacaq. Cəbhəyanı ərazilərimizdə belə bir dərslərin təşkil olunması çox təqdirəlayiq addımdır:

“Çünki şagirdlərin mina təhlükəsi zamanı necə rəftar etmələri ilə bağlı ilkin bilgiləri əldə etmələri zəruridir. Biz işğalçı bir dövlətlə qonşuyuq və hər an təxribat törədə bilmələri təhlükəsini nəzərə alsaq, minalarla bağlı maarifləndirmə kurslarının təşkili məqsədə uyğun hesab olunur. İşğaldan azad olunmuş rayonlarımızda yaxın illərdə dərslər təşkil olunduğu zaman şagirdlərin təhlükəsizliyini təmin etmək vacibdir. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən belə bir əmrin verilməsi dövlət maraqlarına, vətəndaş maraqlarına xidmət edir”.

//Gülnarə Abasova, Editor.az