“Təhsildə motivasiya və özünəinam” layihəsinin təqdimat mərasimi keçirilib-FOTOLARbackend

“Təhsildə motivasiya və özünəinam” layihəsinin təqdimat mərasimi keçirilib-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi”-nin Ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olan “Təhsildə motivasiya və özünəinam” layihəsinin təqdimat mərasimi keçirilib.

Bakı şəhəri, Xətai rayonu 194 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə millət vəkilləri Pərvin Kərimzadə, Bəhruz Məhərrəmov, Aydın Hüseynov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın sədr müavini Pərvin Məmmədova, İslahatçı Gənclər ictimai birliyinin sədri Fərid Şahbazlı, Xətai rayon İcra Hakimiyyətinin humanitar məsələlərlə iş şöbəsinin müdiri Pənah İmanov, Nömrə 1 Psixologiya Mərkəzinin rəhbədi Cavidan Nağıyeva, Nömrə 1 Psixologiya Mərkəzinin baş psixoloqu Könül Axundova, layihələr üzrə ekspert Tural İsaqov, məktəb direktorları, müəllimlər və valideynlər iştirak edib.

194 saylı məktəbin direktoru və layihə rəhbəri Elnarə Zeynalova tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib.