Təhsilin keyfiyyətinin artırılması üçün Qazaxıstanla memorandum imzalandıbackend

Təhsilin keyfiyyətinin artırılması üçün Qazaxıstanla memorandum imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Qazaxıstanın akkreditasiya təşkilatı “Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik – IQAA” arasında anlaşma memorandumu imzalanıb.
 
Bu barədə Oxu.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Memorandumun əsas məqsədi hər iki ölkənin ali təhsil sahəsində təhsilin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşmasına töhfə verərək bu işdə qarşılıqlı təcrübə, məlumat və ekspert mübadiləsini təmin etmək və eləcə də müştərək təhsil layihələrinin icrasını təşkil etməkdən ibarətdir.
Əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcəkdir. Belə ki, keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.
Hər iki Agentlik Avropa Ali Təhsil Məkanının üzv ölkələrini təmsil etməklə keyfiyyət təminatı üzrə fəaliyyətlərini Avropa ali təhsili üzrə standart və təlimatlara uyğun şəkildə təşkil edir.