Təl-Əviv Volodimir Zelenskinin İsrailə səfər etməsinə razılıq verməyibbackend

Təl-Əviv Volodimir Zelenskinin İsrailə səfər etməsinə razılıq verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə İsrailə səfər etməyi planlaşdırıb. Lakin İsrail tərəfi hazırda Ukrayna prezidentinin səfərinin vaxtsız olacağını bildirib.

Editor.az xəbər verir ki, bu barədə “Yne” məlumat verib. Antoni Blinkenin Yaxın Şərqə səfəri İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həllinə yönəlib. Nəşr yazır ki, Zelenski Amerika nümayəndə heyətinə qoşulmağı planlaşdırsa da sonda səfər baş tutmayıb.

Lakin bu imtina “Zelenskinin ümumiyyətlə İsrailə gəlməyəcəyi anlamına gəlmir”. “Ynet”ə görə, belə bir səfər daha sonra baş verə və Ukrayna prezidentinin Avropa ölkələrinə sonrakı turlarından biri ilə birləşdirilə bilər.

//Samir Qurbanov,Editor.az