Təl-Əvivdə bütün küçələr bağlandıbackend

Təl-Əvivdə bütün küçələr bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi İsraildə məhkəmə islahatlarına qarşı etirazların başlanması səbəbindən Təl-Əvivin bütün küçələri bağlanıb.

Editor.az bildirir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb. Bundan əvvəl məlum olub ki, Knessetin Konstitusiya Komitəsi məhkəmə islahatları prosesi çərçivəsində Hakimlərin Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi ilə bağlı bəndi və məhkəmənin fundamental qanunların qəbuluna müdaxiləsini qadağan edən bəndi birinci oxunuşda təsdiqləyib.

Qeyd edək ki, məhkəmə islahatları layihəsinə etirazlar yanvarda başlayıb. İslahat Ali Məhkəmənin hökumətin icra və qanunvericilik qollarının qərarlarını ləğv etmək imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutur.

//Samir Qurbanov,Editor.az