Təl-Əvivdə silahlı hücum: 2 ölü, 8 yaralıbackend

Təl-Əvivdə silahlı hücum: 2 ölü, 8 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin paytaxtı Təl-Əvivdə Elkov adlı bara silahlı hücumun təşkil edildiyi bildirilib.

Editor.az xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu İsraildə son bir ayda həyata keçirilən dördüncü terror aktıdır. Belə ki martın 22-də Beerşeba şəhərində baş verən bıçaqlı hücum nəticəsində 4 nəfər həyatını itirib. Martın 27-də isə Hadera şəhərində İŞİD terror təşkilatının iki terrorçusunun avtomat silahlarla həyata keçirdiyi hücumda 2 polis işçisi həyatını itirib, 6 nəfər yaralanıb. Sonuncu akt zamanı isə martın 29-da paytaxt Tel-Əvivdən şərqdə yerləşən Bney Brak şəhərində silahlı hücum nəticəsində 5 nəfər həlak olub.

//Editor.az