Tələbə kafedra müdiri qadın müəlliməyə əxlaqsız mesajlar göndərdi – Bundan bezən müəllimə…backend

Tələbə kafedra müdiri qadın müəlliməyə əxlaqsız mesajlar göndərdi – Bundan bezən müəllimə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Boğaziçi Universitetində magistr təhsili almaq istəyən tələbə universitetin Sosiologiya kafedrasının rəhbəri Dosent doktor Ceren Özselçuka əxlaqsız təkliflərlə dolu mesajlar göndərib.

29 yaşlı Kaplan adlı tələbə universitetdə magistr təhsili almaq istəyirmiş. Buna görə universitetin müəlliməsi Ceren Özselçuka müraciət edib. Müəllimə onu köməkçisinə yönləndirib. Müəllimənin onu köməkçisinə yönləndirməsinə baxmayaraq təkidlə görüşmək istəyən tələbə icazəsiz müəllimənin otağına daxil olub, ona yaxınlaşıb. Müəlliməni narahat edən gənc daha sonra ona əxlaqsız təkliflərlə dolu mesajlar, elektron məktublar göndərməyə başlayıb.

Göndərilən mesajlarda “Əsgər gedərsəm səni bağışlamaram, səni sevirəm. Zaman keçir…” – kimi və başqa əxlaqsız mesajlar yer alıb.

Bütün bunlardan narahat olan müəllimə Özselçuk məhkəməyə müraciət edib. Məhkəmədən kənarlaşdırma qərarı alınan tələbə üçün əlavə olaraq 5 il həbs qərarı gözlənilir.

 

Metbuat.az