Tələbə sevincindən öldübackend

Tələbə sevincindən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirli tələbə Mübarək Hüseyn Sayed Abdel-Jalil oxuduğu universitetin yay imtahanlarından uğurla keçib. Lakin bu uğur ona baha başa gəlib.

Editor.az publika.az-a istinadən xəbər verir ki, universitetdən ünvanına gələn təbrik məktubunu açan 22 yaşlı tələbə sevinc göz yaşlarına boğulub və bir müddət sonra isə dünyasını dəyişib.

Həkimlər onun həddən artıq sevindiyi və həyəcanlandığı üçün dünyasını dəyişdiyini bildiriblər.