Tələbələrin DİQQƏTİNƏ: İyulun 31-dək… – VİDEObackend

Tələbələrin DİQQƏTİNƏ: İyulun 31-dək… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən tələbələrın ölkədaxili və xaricdə yerləşən ali təhsil müəssisələrinə köçürülmə prosesinə başlanıb. Proses zamanı tələbənin qəbul imtahanlarında topladığı bal seçdiyi ixtisas üzrə minimal keçid balından az olmamalı, həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar eynilik təkşil etməlidir. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov prosesdə magistratura pilləsi üçün tələbələrin köçürülməsi prosesinə də toxunub.

Xarici ali təhsil müəsssələrindən də Azərbaycanın müvafiq təhsil müəssəsilərinə köçürülmə mümkündür.

Digər qaydalara gəlincə, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Sənəd qəbulu iyulun 31-dək davam edəcək.