Tələbələrin ən yaxın dostubackend

Tələbələrin ən yaxın dostu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ölkənin ən yaxşı rektorlarından biri olan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin doğum günüdür.

Editor.az xatırladır ki, Vilayət Məmməd oğlu Vəliyev 1960-cı il martın 28-də anadan olub. 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib.

1985-1989-cu illərdə DNQYPİ-nin aspiranturasında təhsil alıb və 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 – “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb;

1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında müvafiq olaraq UNOCAL və PENNZOIL şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb;

1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb;

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb;

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) dissertasiya işini müdafiə edərək, 08.00.13 – “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alıb;

2013-cü ildə 5302.01 – “Ekonometriya, iqtisadi statistika” ixtisası (əvvəlki 08.00.13 – “İqtisadiyyatın riyazi və instrumental üsulları”) üzrə professor elmi adını alıb;

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb;

2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatlarının dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlii istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirir;

2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır;

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri, AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü, İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalının baş redaktoru, “Azərbaycan Neft Təsərrüfatı” (Azərbaycan), “İqtisadiyyat və sosiologiya” (Moldova), “İnformasiya cəmiyyəti problemləri” (Azərbaycan), “İqtisadiyyat və idarəetmə” (Rusiya) jurnallarının redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 31 iyul 2019-cu il tarixindən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsinə təyin edilib.

Rektor Vilayət Vəliyev həm də tələbələrin ən yaxın dostu hesab edilir. O , mütamadi olaraq tələbələrin təhsili, sosial fəaliyyəti və digər amillərlə tez-tez maraqlanır, onların problemlərini dinləyir.

Visiontv.az xəbər portalı olaraq Vilayət Vəliyevi təbrik edir yeni uğurlar arzulayırıq!

Orxan Kərimov