“Telegram” qruplarında gənc qızları “ifşa qurbanı” olmaqdan necə qorumalı?backend

“Telegram” qruplarında gənc qızları “ifşa qurbanı” olmaqdan necə qorumalı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika və Hollandiyadan olan yüzlərlə gənc qadın hər həftə anlıq mesajlaşma platforması olan “Telegram” kanallarında “ifşa qurbanı” olur.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, əsasən belçikalı və hollandiyalı gənc kişilərin üzv olduğu kanallarda qadınların çılpaq şəkilləri və telefon nömrələri açıq şəkildə paylaşılır. Bundan əlavə, qadınlara qarşı aşağılayıcı və nifrət dolu ifadələr işlədilir.

Bütün bunlar həm Belçikada, həm də Hollandiyada cinayət məcəlləsində cinayət sayılsa da, “Telegram”-ın müdaxiləsi olmadığı üçün bunun qarşısını almaq mümkün deyil.

Belçikanın ictimai yayımçısı VRT-nin araşdırmasına görə, “Telegram”-da on minlərlə üzvü olan çoxsaylı “ifşa qrupları” var.

Belçika və Hollandiyadan olan 13-25 yaş arası gənc kişilərdən ibarət 90.000 nəfərlik bir qrupda çox sayda gənc qadının çılpaq şəkilləri, telefon nömrələri və sosial media hesabları paylaşılır.

Çılpaq şəkillər kişilər tərəfindən asanlıqla əldə edilə biləcəyinə işarə edən “Asan Belçikalı” kimi başlıqlarla yerləşdirilir. Kişilər tez-tez köhnə və ya bir gecəlik görüşdükləri qadınların şəkillərini paylaşırlar.

Telegram qruplarında çılpaq şəkilləri paylaşılan gənc qadınların bədənləri ilə bağlı cinsiyyətçi şərhlərlə yanaşı, aşağılayıcı və təhqiredici təsvirlərə də tez-tez rast gəlinir.

İctimai yayımçı VRT-nin məlumatına görə, “Telegram”-ın müdaxilə etməməsi səbəbindən uzun müddətdir ki, çoxsaylı qruplarda qadınlara qarşı təhqiramiz yazılar davam edir.

VRT qeyd edir ki, mövzu ilə bağlı rəy almaq istədikləri “Telegram”-da heç bir qrupla əlaqə saxlamaq mümkün olmayıb.

Belçika məhkəmə orqanları da eyni vəziyyətdən şikayət edir. Antverpen prokurorluğundan Catherine Van de Heyning deyir ki, onlar “Telegram”-da heç kimlə əlaqə saxlaya bilməyiblər.

Başqasının çılpaq şəkillərinin icazəsiz yayılmasının tamamilə cinayət olduğunu bildirən Van de Heyninq, bu halda görüntüləri yayan sosial media şirkətinə müraciət etmək lazım olduğuna diqqət çəkir.

“Bu, həbs və cərimə məsuliyyəti yaradan cinayətdir. “Telegram” müdaxilə etmədiyi təqdirdə də cəzalandırıla bilər. Amma problem ondadır ki, biz Telegram-da heç kimlə əlaqə saxlaya bilmirik. Beləliklə, bu qruplar mövcud olmaqda davam edir”, – Belçika prokuroru deyir.

Bu cür cinayətlərin “elektron təcavüz” çərçivəsində mühakimə oluna biləcəyini ifadə edən Van den Heyninq, cinayət məcəlləsinin hələ də rəqəmsal həyata uyğunlaşdırıla bilmədiyi üçün bunun kifayət qədər çətin olduğunu vurğulayır.

Belçika prokuroru qeyd edir ki, qanunvericiliyin təkmil olmaması səbəbindən internetdə nifrət nitqi ümumiyyətlə mühakimə olunmur, çünki bu, ümumiyyətlə “mətbuat cinayətləri” hesab edilir.

Rus kompüter proqramçısı Pavel Durov tərəfindən 2013-cü ildə yaradılmış “Telagram” anlıq mesajlaşma proqramı bütün dünyaya yayılmış serverlərə malikdir və dünyanın müxtəlif yerlərində beş məlumat mərkəzinə malikdir.

Bildirilir ki, Telegram bu günə qədər heç bir 3-cü tərəflə, o cümlədən hökumətlərlə məlumat paylaşmayıb.

//Samir Qurbanov, Editor.az