Televiziya studiyasına hücumu araşdıran prokuror güllələndibackend

Televiziya studiyasına hücumu araşdıran prokuror güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorun Quayakil şəhərində prokuror Sezar Suares güllələnib.

Editor.az “El Universo” qəzetinin məlumatına istinadən bildirir ki, o, yanvarın əvvəlində gücləndirilmiş təhlükəsizlik şəraiti zamanı “TC Televisin” televiziya studiyasına edilən hücumu araşdırırdı. Nəşr bildirir ki, prokurorun maşınına azı 20 dəfə atəş açılıb.

Ekvador prokurorluğu X sosial şəbəkəsində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Milli İxtisaslaşdırılmış Bölmənin prokurorunun qətli ilə bağlı istintaqa başladığını açıqlayıb. Ekvador prezidenti Daniel Noboa yanvarın 10-da həbsxana iğtişaşlarının şəhər küçələrinə sıçramasından sonra ölkənin “daxili silahlı qarşıdurma” rejiminə keçdiyini elan edib. Hadisələrdən biri də televiziya studiyasının ələ keçirilməsi olub.

Pulemyot və qumbaraatanlarla silahlanmış maskalı və kapüşonlu şəxslər TC Televiziyasının canlı yayımını kəsərək əməkdaşları girov götürüblər. Qurtuluş zamanı ölən olmayıb, 13 cinayətkar həbs edilib.

//Samir Qurbanov, Editor.az