“Təlim-tərbiyənin kökündə SEVGİ dayanır, QƏZƏB yox”- Psixoloqdan AÇIQLAMAbackend

“Təlim-tərbiyənin kökündə SEVGİ dayanır, QƏZƏB yox”- Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zədələnmiş tarixi abidə və ya zərbə almış uşaq psixikası

“Tarixi-mədəni irsimizi necə qoruyuruqsa, uşaqları da elə qorumalıyıq. Onlara verdiyimiz tərbiyə bizim üçün güzgü effektinə bərabərdir. Təəssüf ki, bu gün uşaqların tərbiyəsində istifadə olunan üsullar ilk baxışdan effektli görünsə də,azyaşlıların psixikasında dərin iz buraxır. Məsələn, “yeməyini yeməsən xoxan səni aparacaq”, “özünü pis aparsan, qulaqlarından divara mıxlayacağam”, “sən fərsizsən”, “heç nə bacarmırsan”, “filankəsin uşağı gör necə yaxşıdır” kimi ifadələr eşitməklə uşaqlar ailələrdə valideynlər tərəfindən psixoloji təzyiqlərə məruz qalır. Bu tərbiyə metodları arasında məşhurlaşan “qorxutma” metodudur. Bu üsula əl atan valideynlər ə öz işlərini asanlaşdırmaq üçün istifadə edir. Onların verdiyi bu qorxu isə gələcəkdə öz yerini psixoloji problemlərə ötürür. Bu gün uşağı nə ilə isə qorxutmaq sabah psixoloq qəbuluna aparır. Dərin təəssüf hissi ilə bildirmək istəyirəm ki, haqqında danışdığımız metodlardan bəzi uşaq bağçaları və məktəblərdə çalışan müəllimlər də istifadə edir. Əgər hansısa müəllim bu üsula atırsa, demək ümumiyyətlə uşaq və yeniyetmə psixologiyasından xəbərsizdir. Eyni zamanda, bu kimi mütəxəssislərin peşəkar pedaqoji təhsili belə sual doğurur”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloqun sözlərinə görə təlim-tərbiyənin kökündə sevgi dayanır, qəzəb yox:

“Təlim-tərbiyə mütəxəssisləri sevgini təmsil etməlidir. Bu gün hansısa uşağa tətbiq edilən şiddət sabah cəmiyyətimizdə zədələnmiş psixikaya malik olan bir nəfərin artması deməkdir. Müxtəlif cəza metodları, təhqir etmə , fiziki şiddət uşaq və yeniyetmələrin psixoloji travmalarına səbəb olur. Bu travmaları aradan qaldırmaq üçünsə bəzən illər tələb olunur. Uşağı cəzalandırma forması peşəkar mütəxəssis tərəfindən tövsiyə edilməlidir. Valideynlər isə öz növbəsində övladlarını necə tənbeh etməyi və cəzalandırmağı öyrənməlidirlər. Zorakılıq həddinə çatan müəllim məktəb rəhbərliyi tərəfindən psixoloqa istiqamətləndirilməlidir.

Cəza nədir və nə üçündür?

Leyla Əli bildirib ki, cəza bir davranışın təkrar edilməməsi üçün tətbiq edilən müəyyən məhdudiyyət forması və acı verən üsuldur:

” Məsələn uşağı vurmaq, otaqda bağlı saxlamaq,məhrum etmək və digərləri. Cəza uşaqda qorxu yaradır. Uşaq müəyyən davranışı həyata keçirməyi istəmədiyindən deyil, cəzadan qorxduğu üçün etmir. Adətən uşaqlar cəzadan qaçmaq üçün yalan söyləyir. Uşağın yalan danışması isə valideynin “məğlub olması” deməkdir. Maraqlıdır bəs Cəza verməsək necə davrana bilərik? Məşhur uşaq psixiatrı Dr.H.Ginotta’a görə cəza ilə verilən təlim-tərbiyə funksionallığını itirir, cəzalanan uşaq peşiman olmaq, səhvini qəbul etmək yerinə intiqam xəyallarına yönəlir. Cəza müddətli olmalıdır. “Sənə bundan sonra həyətdəki uşaqlarla oynamağı qadağan edirəm” deyil, “3 gün müddətində həyətdəki uşaqlarla oynamayacaqsan” demək daha doğrudur. Valideynləri seçmirlər. Övladları da həmçinin. Amma uşaqlar böyükləri təmənnasız sevirlər. Valideynlərə gəldikdə isə onlar övladlarının davranışlarında həm də öz addımlarını müşahidə edə bilər. Çünki, azyaşlılar hər zaman böyükləri təkrarlayır. Bütün uşaqların qorxu və təhlükədən uzaq olması diləyi ilə…”

//Gülnarə Abasova, Editor.az