“AŞPA-da fəaliyyətimizi qeyri-müəyyən müddətə dayandırmağımız Qərblə münasibətlərimizin dayandırılması demək deyil. Bizim Avropa İttifaqına daxil əksər ölkələrlə ikitərəfli münasibətlərimiz çox yaxşı səviyyədədir. O cümlədən, 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanmışdır. Bundan sonra da Azərbaycan Qərbin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirakı davam etdirəcək”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Milli Məclisin deputatları – ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərlərinin qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə etdikləri səfərlə bağlı fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə Azərbaycan yalnız Avropa Şurasının Parlament Assambleyasında iştirak etmir:
” Avropa Şurası böyük təşkilatdır və biz Avropa Şurasına daxil digər təşkilatlarda fəaliyyətimizi davam etdiririk. Bizim üçün təmsil olunduğumuz hər bir beynəlxalq təşkilatda fəaliyyətimizi davam etdirmək vacibdir. Çünki dünya siyasi sistemində Azərbaycanın özünə məxsus rolu və yeri var. Biz öz mövqeyimizi beynəlxalq təşkilatlarda hər zaman nümayiş etdiririk və ölkəmizə qarşı olan düşmənlərin hərəkətlərini neytrallaşdırırıq. Bu gün deyə informasiya müharibəsində də Azərbaycan dövləti qalibdir. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi davam etdirməklə informasiya müharibəsində də mövqelərimizi möhkəmləndiririk”.
//Gülnarə Abasova, Editor.az