G7 ölkələri Rusiyadan neftin idxalına qadağa ilə razılaşdığına dair açıqlama verib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Aİ ölkələri də bu həftə Rusiyadan neftin idxalına qadağan qoyan sanksiya paketində razılığa gələcək. Ancaq bütün bunlara baxmayaraq bu həftə neftin qiymətində azalma müşahidə olunub.
Neftin ucuzlaşmasının ən böyük amili dünyanın aparıcı mərkəzi banklarının həyata keçirdikləri və davam etdirəcəkləri faiz artımlarıdır. Bütün buların qlobal tənəzzülə səbəb olacağı və neftə olan tələbata zərbə vuracağı bildirilir.
ICE birjasında Brent markalı neftin qiyməti cümə günü ilə müqayisədə 28 sent azalaraq bareli 112.11 dollara satılıb. NYMEX birjasında isə Qərbi Texas nefti cümə gününə nisbətən 41 sent azalaraq bareli 109.36 dollara satılıb.
//Nəzərbəy, Editor.az

