Tərəflər taxıl sazişinin müddətinin uzadılması üçün sabah görüşəcəkbackend

Tərəflər taxıl sazişinin müddətinin uzadılması üçün sabah görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadan taxılın təhlükəsiz çıxarılmasını ehtiva edən razılaşma tərəfləri sabah görüşəcəklər.

Editor.az bu barədə Reuters-a istinadən yazır.

Görüşdə razılaşmanın bütün tərəflərinin iştirak edəcəyi qeyd edilib. Ancaq razılaşmanın tərəfləri olan Rusiya, Türkiyə və BMT sabah baş tutacağı bildirilən görüşü təsdiqləməyib. Bundan əvvəl Türkiyə rəsmiləri Rusiya, Ukrayna və Türkiyə nümayəndələrinin müqavilənin uzadılmasını müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklərini bildirmişdilər. Rusiya isə müqavilənin müvafiq hissəsi yerinə yetirilmədiyi üçün müqavilənin müddətinin uzadılmasının ehtimal olunmadığını deyir.

2022-ci ilin iyulunda İstanbulda imzalanan taxıl sazişində Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına maneələrin aradan qaldırılması da öz əksini tapıb. Bununla belə, Rusiya kənd təsərrüfatı məhsullarına dolayı məhdudiyyətlər hələ də qalmaqdadır. Taxıl müqaviləsinin uzadılması ilə bağlı qərar qəbul olunmasa, mayın 18-də başa çatacaq.

//Gülnarə Abasova, Editor.az