Tərəflər ya çox ehtiyyatlı davranırlar, ya da oyun oynayırlar: “Bir gün İran nüvə silahına nail olduğunu açıqlayacaq və…”backend

Tərəflər ya çox ehtiyyatlı davranırlar, ya da oyun oynayırlar: “Bir gün İran nüvə silahına nail olduğunu açıqlayacaq və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tərəflərin danışıqlara getməsi onların bir-birinə olan istəkləri fonunda razılaşma əldə etmək istəyindən xəbər verir. Məsələ ondadır ki, İran və ABŞ tərəfi bir-birindən nə istədiyini bilirlər və bu zaman danışıqlara gedirlərsə, deməli, razılığa gəlmək ehtimalları çox böyükdür”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

O bildirib ki, iki ölkə dünya arenasında elə imic formalaşdırıblar ki, onların danışıq masasına oturması belə sensasiya hesab edilir:

“Amma bu, əslində uzun illərdir ki, belədir. İran nüvə proqramını davam etdirir, ABŞ isə sanksiyalardan danışır. Danışıqlar masasından çıxır, geri qayıtmaqdan danışır. Görünən odur ki, Tehran və Vaşinqton yönətimləri hansısa qaranlıq oyunlar oynayırlar. ABŞ-ın İrana hücum edəcəyi gözləntiləri fonunda qəfil danışıqlar təklif etməsinin özü və İranın da Ali dini lideri Xomeneinin danışıqlardan imtina etməsi fonunda qəfil birbaşa danışıqlara razılıq verməsi onu göstərir ki, hər iki tərəf sinir oyunu oynayır. Amma bu oyun bir-birinə və ya dünya ictimaiyyətinə qarşı oynanılır. Bu, maraqlı məsələdir”.

Siyasi analitikin sözlərinə görə, İranın həm İsrail, həm də ABŞ-a qarşı cavab addımlarının hansı şəkildə və şəraitdə etdiyi də onu göstərir ki, tərəflər ya çox ehtiyyatlı davranırlar, ya da oyun oynayırlar:

“Hesab edirəm ki, bu, daha çox oyuna bənzəyir. İranın indiki rejimi 1978-ci ildə birbaşa ABŞ-ın İrandakı Şah dövründən qalan və ABŞ-ın agentura şəbəkəsi olan hərbi generalitetinin dəstəyi ilə hakimiyyətə gəldiyi ABŞ tərəfindən açıqlanıb. Xomeyninin ABŞ Prezidenti Cimmi Karterə yazdığı məktubda qeyd edilir ki, bu məktub üzərindən gizlilik qrifi bu yaxınlarda götürüldü və məktubun mətni açıqlandı. Göründüyü kimi ABŞ İran rejiminin hakimiyyətdə qalmasında maraqlıdır. İranın nüvə proqramı da əslində illərdir üzərinə gedildikcə daha da yuxarı mərhələlərə qalxıb. Ümumiyyətlə, hesab etmək olar ki, İranın nüvə proqramı ABŞ və ya İsrailə qarşı yox, Ərəb və Türk dünyasına qarşı hesablanıb həyata keçirilən proqramdır. Bu baxımdan İranın nüvə proqramının sonlanacağı ehtimalı çox zəif ehtimaldır. Günün birində İran nüvə silahına nail olduğunu açıqlayacaq və məsələ bitəcək”.

//Gülnarə Abasova, Editor.az