Tərəflərdən heç biri güzəştə getmək istəmir: “Müsbət nəticə üçün şərtlər çətindir”backend

Tərəflərdən heç biri güzəştə getmək istəmir: “Müsbət nəticə üçün şərtlər çətindir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Rusiya-Ukrayna müharibəsinin əsas vasitəçilik missiyasını həyata keçirtməyə çalışır. Çünki prosesdə Türkiyə həm Rusiya ilə strateji münasibətlərini qoruyub saxlamağa çalışır, həm də Ukrayna ilə əlaqələrini pozmaq istəmir. Rusiya və Ukraynanın da bu istiqamətdə Türkiyəyə etimadı böyükdür”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, iki ölkə arasında proseslər elə bir müstəvidə irəliləyir ki, danışıqlar üçün heç bir əsas yoxdur:

“Tərəflərin heç biri güzəştə getmək istəmir. Müsbət nəticə üçün şərtlər çətindir. Buna görə tərəflərdən biri bir qədər məğlubiyyətə düçar olmalıdır. Ukraynada da Qərblə Rusiya arasında geopolitik qarşıdurma hökm sürür. Müharibə yeni kəskin fazaya daxil olub və bu mərhələdə tərəfləri bir masaya əyləşdirib kompromisə getməsini təmin etmək real görünmür. Ona görə də Türkiyənin burada vasitəçilik missiyası hələ ki nəticə verməyəcək. O zaman müsbət nəticə əldə oluna bilər ki, tərəflər danışıqlara qismən də olsa maraqlı olsun. Hər hansı bir ilkin şərti nə Rusiya, nə də Ukrayna qəbul etmir. Münaqişədə ya Rusiya kəskin məğlubiyyətə uğramalı, ya da Ukrayna Rusiyanin müəyyən şərtlərini qəbul edib danışıqlara getməlidir. Hələ ki, il ərzində bu variantlardan heç biri real görünmür”.

//Gülnarə Abasova, Editor.az