Tərəfsizliyini qoruya bilməyən Qərb mediası: Ermənistanın taleyi ölkədən kənarda həll olunur – VİDEObackend

Tərəfsizliyini qoruya bilməyən Qərb mediası: Ermənistanın taleyi ölkədən kənarda həll olunur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib. Elə bu səbəbdən də öz hakimiyyətini qorumaq üçün siyasi repressiyalara start verib. Qərb dövlətləri və mətbuatı isə baş verənlər qarşısında susqunluq nümayiş etdirməklə diqqət çəkir.

Baku TV xəbər verir ki, ölkəsini fəlakətə sürükləyən Paşinyan artıq onu ittiham edənlərə təzyiq göstərməkdən və həbsə atdırmaqdan çəkinmir.

Siyasi repressiyalara start verən Ermənistanın baş naziri bu yolla öz diktaturasını qorumağa çalışır.

Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən və ikili standartlarla yanaşan Qərb dövlətləri və mətbuatı isə Ermənistanda baş verən siyasi repressiyalar qarşısında susqun qalmağı üstün tutur.

Bu gün regionda yaşanan müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyır.

Millət vəkili Cavid Osmanov Baku TV-yə məsələ ilə bağlı danışarkən bildirib ki, Vətən Müharibəsi bitəndən sonra da Ermənistanda heç bir insan haqları gözlənilmir. “İnsan Haqları” adı altında fəaliyyət göstərən təşkilatlar isə heç bir mövqe bildirmirlər.

Ermənistanda baş verənlər onu göstərir ki, bu ölkənin taleyini həll edən qərarlar onun sərhədlərindən kənarda qəbul olunur. Mövcud vəziyyət Ermənistanın onsuz da formal xarakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməklə, onun iflasını tezləşdirir.