Xəbər verdiyimiz kimi ABŞ rəsmi mənbələrində yer alan məlumata görə, Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib. Məlumatda bildirilir ki, bu gün, martın 14-də Romada ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi ilə görüşəcək.
Mövzu ilə əlaqədar Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, Çinin indiki məqamda atacağı addımlar çox əhəmiyyətlidir və dünyanın bundan sonrakı gələcəyində həlledici rol oynayacaq:
“Rusiya-Ukrayna toqquşması güclü lakin forpost olan ölkələrini də xilas edə bilər. Bu ölkələrin siyası genişdir. Biz bu siyahıda Türkiyə, Braziliya, Latın Amerikası ölkələri, Meksikq, Səudiyyə Ərəbistanı, İsrail, Pakistanın adını çəkə bilərik. Həmin ölkələr ABŞ-ın forpostudur. Bu savaş ölkələrin aslılıqdan azad olma ehtimalını artırır. Burnu əzilmiş Vaşinqton bu ölkələrin indiki məqamda azadlığını təmin edə bilər. Bütün bu məsələlər Çinə bəllidir. ABŞ da bu amili qiymətləndirir ki, Çin bu dövlətlərin önündə gələn əsas güc hesab edilir. Ona görə də hesab edirəm ki, tərəzinin gözünü tarazlaşdıran Çindir. Hansı istiqamətdə yer alsa, həmin cəbhə qalib gələcək”.
//Gülnarə Abasova, Editor.az

