Ternopolda Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində yaşayış binası yanıb.
Bu barədə şəhər meri Sergey Nadal rəsmi Telegram kanalında məlumat verib. Ternopil vilayət hərbi administrasiyasının rəhbəri Vyaçeslav Neqoda Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, kamikadzenin evə düşməsi nəticəsində bir nəfər ölüb, yaralılar var. “Hazırda yanğının söndürülməsi, ev sakinlərinin təxliyəsi və yerləşdirilməsi istiqamətində işlər aparılır, 1 nəfər ölüb, xəsarət alanlar.
Saat 02:39-da Nadal Rusiyanın hücumunun yeni təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, Rusiyaya məxsus pilotsuz uçan aparat çoxmərtəbəli binanın sonuncu mərtəbəsinə uçub. Ölən və yaralananlar var, xilasedicilər hazırda yanğını söndürürlər.
//Samir Qurbanov, Editor.az

