Terrorçu xəstəxanada açıqlama verdi: “Elə hava limanında…” – VİDEObackend

Terrorçu xəstəxanada açıqlama verdi: “Elə hava limanında…” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror aktını törətməkdə şübhəli bilinərək saxlanılan 4-cü şəxs – 19 yaşlı Məhəmmədsobir Fayzov dindirilib.

Publika.az xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsindən dindirilmənin görüntülərini “Shot” “Telegram” kanalı yayıb.

Qeyd olunur ki, həbs zamanı Fayzov müqavimət göstərib – o , Ukrayna ilə Bryansk vilayəti sərhədində təhlükəsizlik qüvvələrinə atəş açıb və buna görə də gözündən xəsarət alıb. Əməliyyat olunub.

Şübhəli rus dilini bilmədiyi üçün dindirilmə üçün tərcüməçi tələb olunub. Videoda o, Rusiyada qalmaq üçün sənədləri elə hava limanında naməlum şəxslərdən aldığını deyir .

Qeyd edək ki, Fayzov gecə saatlarında Bryansk vilayət xəstəxanasına aparılıb. Əvvəlcə pulmonologiya şöbəsinə təyin olundu, lakin oradan reanimasiyaya köçürülüb.