Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün nəzarət orqanlarında ixtisaslaşmış struktur bölməsi yaradılacaqbackend

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün nəzarət orqanlarında ixtisaslaşmış struktur bölməsi yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəzarət orqanlarında ixtisaslaşmış struktur bölməsi yaradılacaq və kadr potensialı artırılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi 2023-cü il ərzində bu sahədə ixtisaslaşmış işçilərinin say tərkibinin optimallaşdırılması, mütəmadi və hədəfli təlim proqramlarının tətbiqi və işçi heyətinin potensialının gücləndirilməsi işlərini həyata keçirməlidir.