Tərtər rayon sakini rüsvayedici məlumatlarla şantaj olunub.
Bərdə rayon polis şöbəsinə müraciət edən Tərtər sakini A.Abdullayev mayın 6-da həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 1500 manat pul tələb etməsini bildirib.
Müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
//teleqraf