Tərtərdə 18 yaşlı gənc dayısı tərəfindən güllələnibbackend

Tərtərdə 18 yaşlı gənc dayısı tərəfindən güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb.

Editor.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 23-də saat 05:00 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Eltac Bəylər oğlu Süleymanlı ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Asiman Vaqif oğlu Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.