Tərtərdə bir ailənin üç üzvü qəzaya DÜŞDÜbackend

Tərtərdə bir ailənin üç üzvü qəzaya DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az  “Teleqraf”a istinadla xəbər verir ki, hadisə Şıxarx qəsəbəsinə gedən avtomobil yolunda qeydə alınıb.

Minik avtomobillərinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Tural Sabir oğlu Əhmədli, 2000-ci il təvəllüdlü xanımı Süsən Qəhrəman qızı Əhmədli və ailənin 2024-cü il təvəllüdlü övladı Ahu Tural qızı Əhmədli xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.