Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? – RƏSMİ CAVAB – VİDEObackend

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? – RƏSMİ CAVAB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib.

Editor.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızın itkin düṣməsi ilə əlaqədar Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Onun narkotik istifadəçisi olması ilə bağlı əvvəllər də yayılmıṣ iddialar RPŞ-də araşdırılıb və təsdiqini tapmayıb.

———

06:53

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir.

Editor.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində hadisənin təfərrüatı məlum olub.

Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktora şikayət edib:

“Nigar narkomandır, bu məktəbdə oxumasını istəmirik, mənim uşaqlarım təhlükədədirlər” kimi ifadələr işlədib.

Nigarın babası Əli bildirib ki, nəvəsi çox ağıllı, savadlı qızdır və onu kimsə yoldan çıxarıb.

Qeyd edək ki, ailəsi Nigarın qaçırıldığını düşünür.

Ətraflı videoda: