Tesla Çində 1 milyon 600 min avtomobili geri çağırırbackend

Tesla Çində 1 milyon 600 min avtomobili geri çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teslanın Çində satdığı 1 milyon 600 mindən çox avtomobili geri çağıracağı açıqlanıb.

Editor.az xəbər verir ki, Çin Dövlət Bazar Tənzimləmə İdarəsi tərəfindən edilən açıqlamada geri çağırılan avtomobillərdə avtomatik sükan funksiyaları və qapı kilidi sistemlərində problemlərin aşkar edildiyi və bütün Çin istehsalı olan Model-3 və Model-Y-lərin, eləcə də idxal edilən Model S, Modelin geri çağırıldığı bildirilib.

Sözügedən avtomobillərə 26 avqust 2014-cü il və 20 dekabr 2023-cü il tarixləri arasında istehsal edilmiş modellər və 2022-ci ilin oktyabrından 2023-cü ilin noyabrına qədər istehsal edilən və Çinə ixrac edilən 7500-dən çox avtomobil daxildir. Mövzu ilə bağlı açıqlamada Amerika şirkəti Teslanın uzaqdan proqram yeniləməsi ilə problemləri həll etməyi hədəflədiyi və ilk etapda vasitə sahiblərinin xidmətə getməsinə ehtiyac olmadığı qeyd edilib. Rəsmilər bu müddət ərzində sürücüləri diqqətli olmağa çağırıb.

//Gülnarə Abasova, Editor.az