“Tesla” elektromobillərində ciddi problem aşkarlandıbackend

“Tesla” elektromobillərində ciddi problem aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tesla” fevralın əvvəlindən bəri artıq dördüncü dəfədir elektromobillərini geri çağırır. Bu dəfə kampaniya 578 600 elektrikli avtomobili əhatə edəcək.

Belə ki, onların səs sistemində qüsurlar aşkar edilib.

ABŞ-ın Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Milli İdarəsi (NHTSA) müəyyən edib ki, avtomobili idarə edərkən sürücüyə xarici dinamik vasitəsilə müxtəlif melodiya və səsləri yayımlamağa imkan verən “Boombox” funksiyası piyadaları çaşdıra və bununla da təhlükəli vəziyyətlər yarada bilər.

“Boombox xüsusiyyəti avtomobil hərəkətdə olarkən səsin xarici dinamik vasitəsilə səsləndirilməsinə imkan verir və piyadaların xəbərdarlıq sistemindən gələn səsləri boğa bilər”, – deyə NHTSA-dan bildirilib.

Bununla əlaqədar Model S, Model X və Model Y markalı elektromobillərin 2020-2022-ci il buraxılışları, həmçinin Model 3-ün buraxılışı 2017-2022-ci illərə aid nümanələri geri çağırılıb.

Mənbə: avtonovostidnya.ru