Tesla-nın Avropa satışları ardıcıl beşinci aydır ki, azalırbackend

Tesla-nın Avropa satışları ardıcıl beşinci aydır ki, azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tesla-nın Avropada yeni avtomobil satışları may ayında əvvəlki ilə nisbətən 27,9% azalıb, bölgədə elektrikli avtomobil satışları isə 27,2% artıb.

Reuters xəbər verir ki , Avropada ümumi avtomobil satışları 1,9% artıb və ən böyük qazanc hibridlər və alternativ yanacaqla işləyən avtomobillərdən əldə edilib.

Alıcıların daha ucuz Çin elektrik avtomobillərinə keçməsi və bəzi hallarda baş direktor İlon Maskın siyasətinə qarşı üsyan etməsi nəticəsində Teslanın Avropadakı satışları ardıcıl beş aydır ki, aşağı düşüb. Şirkətin Avropa bazarındakı payı may ayında bir il əvvəlki 1,8 faizdən 1,2 faizə düşüb.

//Samir Qurbanov, Editor.az