Texas yanır: yüzlərlə ev kül oldubackend

Texas yanır: yüzlərlə ev kül oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 150 min hektar ərazini əhatə edən yanğınla əlaqədar Texasın 60 əyalətində fövqəladə vəziyyət elan edilib.

Editor.az Amerikanın CNN telekanalına istinadən xəbər verir ki, ilkin səbəb kimi güclü külək göstərilir. Yerli məlumatlara görə, Texas ştatının Hutchinson qraflığında ən böyük yanğın bazar ertəsi günortadan sonra hündür otda başlayıb və 65-80 km/saat sürətlə əsən külək yanğını təxminən 65 km cənub-şərqdə yerləşən Pampa şəhərinə (Texasın şimalı) doğru itələyib.

Meşə xidmətinin məlumatına görə, bu günə qədər yanğınlar nəticəsində 150 min hektardan çox ərazi yanıb. Hutchinson, Moore, Grey County və Oldham County-də ümumilikdə beş böyük yanğın qeydə alınıb. Artıq yanğın digər əyalətlərə də keçərək Oklahoma ştatına çatıb. ABŞ-ın PowerOutage saytına görə, təbii fəlakət çərşənbə axşamı günü axşam saatlarında Hatçinson qraflığında təxminən 2000 nəfəri işıqsız qoyub. Yanğın nəticəsində yüzlərlə ev yanıb. Ölənlər barədə məlumat yoxdur

//Samir Qurbanov, Editor.az