Texasda neft hasilatı bərpa olunubbackend

Texasda neft hasilatı bərpa olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında kəskin soyuq hava şəraiti səbəbindən dayandırılmış neft hasilatının 80%-i artıq bərpa olunub.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə “Bloomberg” agentliyi sənaye analitiklərinə istinadən xəbər verir.

Agentlik yazır ki, ABŞ qazmaçıları keçən həftə kəskin soyuq hava şəraiti səbəbindən əməliyyatları dayandırdıqdan sonra Texasın bəzi ərazilərində neft hasilatını təxminən 80% bərpa ediblər. Hazırda Texasda Perm hövzəsində gündəlik hasilat 2,9 mln. barelə bərabərdir. Soyuq hava nəticəsində istehsal 600-700 min barelədək düşüb. Halbuki adətən regionda gündəlik hasilat 3,5 mln. barel təşkil edirdi.

Agentliyin məlumatına görə, “Occidental Petroleum” hasilat həcminin 90%-ni bərpa edib, “Marathon Oil” isə quyuların istismara verilməsinə hazırlaşır.

Xatırladaq ki, anormal soyuq hava şəraiti səbəbindən ABŞ-da neft hasilatı rekord dərəcədə – 30% və ya gündə təxminən 3,5 mln. barel azalıb. Təkcə ABŞ-ın ən böyük neft yatağı olan Texasın Perm hövzəsində istehsal 65% azalıb. ABŞ-dakı soyuqlar ölkənin ən böyük neftayırma zavodlarının fəaliyyətinin dayandırılmasına səbəb olub.

Loading...