Texasdakı yanğın qonşu Oklahoma ştatına da keçibbackend

Texasdakı yanğın qonşu Oklahoma ştatına da keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texasda ABŞ-ın tarixində ikinci ən böyük meşə yanğını qonşu Oklahoma ştatına da keçib.

Editor.az ABŞ Meşə Xidmətinin məlumatına istinadən xəbər verir ki, yanğın sahəsi Texasda 343 min hektar, Oklahomada isə 12 min hektara çatıb. CNN xəbər verir ki, meşə yanğınlarının vurduğu zərərin qiymətləndirilməsi davam edir. Telekanalın məlumatına görə, yanğın nəticəsində Texas və Oklahoma ştatlarının ən azı iki şəhərində yaşayış binalarına ziyan dəyib.

Biraz qaqa gün əvvəl Texas hakimiyyəti ştatın 60 qraflığında fövqəladə vəziyyət elan edib, bəzilərində isə yerli sakinləri təxliyə etməyə başlayıblar. Ən azı 2 min insan elektrik enerjisiz qalıb. Meşə yanğını fevralın 26-da başlayıb. Meşə xidməti yanğının tez yayılmasını sürəti 65-80 km/saat olan güclü küləklə izah edib.

//Samir Qurbanov, Editor.az