Təxliyə olunanlara atəş açıldı:7 ölübackend

Təxliyə olunanlara atəş açıldı:7 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Xarkovda mülki əhalinin təxliyə edildiyi avtobusa atəş açıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat Ukraynanın Baş Prokurorluğundan verilib. Hadisə zamanı 7 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, rus əsgərləri əvvəlcə avtobusu saxladıb, daha sonra isə onlar sürücüləri əlləri yuxarı vəziyyətdə avtobusdan düşürdüblər. Sürücülərin və avtobusdakı şəxslərin müqavimət göstərməsinə baxmayaraq onlara atəş açılıb. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

//Editor.az