Qüdsdə Pasxa mərasimləri zamanı qalmaqallı hadisə baş verib.
Yerusəlimdə yerləşən Müqəddəs Qəbir kilsəsində məhv olmuş qondarma rejimin əski parçası qaldırılıb.
Məlumata görə, artıq tarix səhnəsindən silinmiş, çürümüş və tarixin zibilliyinə atılmış qondarma rejimin tör-töküntüləri müxtəlif məkanlarda gizlənərək bu cür ucuz təxribatlara əl atırlar.
Bu dəfə isə onlar müqəddəs məkandan istifadə edərək əski parçasını nümayiş etdirməyə çalışıblar.
Bu açıq şəkildə təxribatdır və məqsəd gərginlik yaratmaqdır. Müqəddəs bir məkanda bu cür hərəkətlər nə dini, nə də hüquqi baxımdan qəbul edilə bilər. Qüdsdə asayişə və bu məkanlara nəzarət edən qurumlar dərhal müdaxilə etməli, bu cür halların qarşısını qəti şəkildə almalıdır.
Tarixə gömülmüş, məhv olmuş bir rejimin əski parçasının bu formada ortaya çıxarılması yalnız acizlik və revanşist cəhdlərin göstəricisidir.
Musavat.com


