Təxribatlar sülh danışıqlarına kölgə salacaq?-AÇIQLAMAbackend

Təxribatlar sülh danışıqlarına kölgə salacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəzərdə tutulan iki və üçtərəfli görüşlərin keçirilməsinə az müddət qalmış Ermənistan istər şərti sərhəddə, istərsə də Qarabağın perimetri boyunca təxribatlar törədir. Bu dəfə də bu yola əl atdı”.

Bunu Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə də bu təxribatlar baş verir:

“Əslində daha çox təhriketmələr də məhz bu ərazilərdə olacaq. Buna səbəb nədir? Çalışırlar ki, Azərbaycan cavab atəşi açsın. Mülki əhali də daxil olmaqla, hərbiçilərin atəş altında qalacağı təqdirdə “etnik təmizləmə”,”soyqırım” adı altında Azərbaycanı Qarabağdakı erməni əhalisinin “təhlükəsizliyini təmin etməməkdə” günahlandırıb həmin ərazilərə beynəlxalq missiyanın yerləşdirilməsinin lazım olduğunu sübut etməyə çalışacaqlar”.

Hərbi ekspertin fikrincə, İrəvan məqsədinə nail olmaq üçün mütəmadi olaraq atəşkəsi pozub Azərbaycanı təxribata təhrik etməyə çalışacaq:

“Atəşkəs pozulanda əlbəttə ki, ölkəmiz susqunluq nümayiş etdirməyəcək. Burada müəyyən planlar həyata keçirilir. İyunun  1-də keçirilməsi nəzərdə tutulan Kişinyov görüşündə masaya yatırılacaq məsələlərdən biri də bu istiqamətdə ola bilər. Özlərinin həyata keçirdikləri təxribatları guya Azərbaycan edirmiş kimi servis edəcəklər. Ermənilərin qurduğu bu planın fərqindəyik “.

//Safura Bənnayeva, Editor.az