Təxribatların arxasında bir neçə məqsəd DAYANIR: “İrəvan özü də yaxşı bilir ki…”backend

Təxribatların arxasında bir neçə məqsəd DAYANIR: “İrəvan özü də yaxşı bilir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“11 may səhəri Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atdı. Müdafiə Nazirliyindən verilən məlumatlara görə , Ermənistan tərəfi təxribatın əhatə dairəsini genişləndirmək məqsədilə dron, kamikadze və minatanlardan atəş açmağa davam edir. Müzəffər Ordumuz düşmənin bütün cəhdlərinin qarşısını uğurla alaraq ağır cavab atəşləri ilə susdurur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili Ermənistanın bu təxribatlarının arxasında bir neçə məqsədin dayandığını düşünür:

“Bir neçə gün əvvəl ABŞ-da xarici işlər nazirlərinin görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edəcək addımlarda mühüm irəliləyiş əldə olunmuşdu. Ermənistan küncə sıxılmış vəziyyətdədir və onun ərazi iddiaları, o cümlədən Azərbaycanı ittiham edən yalançı çağırışları da ABŞ-da qəbul olunmadı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını, o cümlədən işğal altında saxladığı 8 kəndi qaytaracağını bəyan etməyə məcbur edildi. Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırması onların havadarlarının ürəyincə olmadı. Ona görə də razılaşmış danışıqların nəticələrini heçə endirmək və qarşıdan gözlənilən 14 may tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulmuş dövlət başçılarının görüşünü mənasız etmək üçün bu təxribatlara əl atdığını hesab edirəm. Ermənistan onsuz da bilir ki, ordan-burdan aldığı 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək. Azərbaycan ordusu düşmənin bütün hücum cəhdlərini anında məhv edir. Amma düşmənin bu cəhdlərinin arxasında sülh danışıqlarını manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmaları pozmaq dayanır”.

//Gülnarə Abasova, Editor.az